Futbol üzrə Heydər Əliyev Kubokuna start verilib.
Sportarena.az xəbər verir ki, Naxçıvan Muxtar Respublika Stadionunda keçirilən ilk oyunda yerli “Araz Naxçıvan”la “Mil-Muğan” (İmişli) üz-üzə gəlib. İlk oyun “Mil-Muğan” klubunun 4-2 hesablı qələbəsi ilə başa çatdı.
Günün ikinci görüşündə “Zaqatala” və MOİK (Bakı) klubları görüşdülər. MOİK yekunda 1-0 hesablı qələbəni bayram etdi.
Araz Naxçıvan - Mil-Muğan 2:4
Qollar: Nurlan Novruzov, 58 (p.); İlqar Ələkbərov, 72 // Ruslan Poladov, 14; Nicat Əsgərov, 15 (ö.q); Tofiq Mikayılov, 50(p.); Bayram Əliyev, 56)
Zaqatala - MOİK 0:1
Qol: Rəhman Musayev, 16