Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan maraqlı açıqlama verib.
Sportarena.az xəbər verir ki, ölkə prezidenti yerli mətbuata açıqlamasında stadionlardan “arena” sözünün götürülməli olduğunu deyib. O, buna səbəb kimi vaxtilə arenalarda insanların qətl edilməsini göstərib:
“Arenalara qarşıyam. Arenalarda nələr etdiklərini bilirsiz, hə? İnsanlar kimlərə parçalatdırıldı, məlumdu. Nazirə təlimat vermişəm, stadionlardan “arena” sözləri yığışdırılsın. Bizim dilimizdə belə söz yoxdu. Açın baxın mənasına, belə şey ola bilməz”.
Qeyd edək ki, Türkiyədə bir çox stadionun adında “arena” sözü var.