Çempionlar Liqasının finalında keçiriləcək “Yuventus” - “Real” oyunu bir yeniliklə yadda qalacaq.
Sportarena.az xəbər verir ki, görüş üstüqapalı stadionda keçiriləcək. Bu isə ÇL-in tarixində bir ilkdir.
Bir neçə gün öncə Mançesterdə baş verən terror hadisəsinə görə təhlükəsizlik tədbirləri gücləndirilib. Məhz bu səbəbdən “Millenium” stadionunun üstü qapadılıb. Final matçından bir gün əvvəl baş tutacaq hər iki komandanın məşqi də qapalı vəziyyətdə olacaq.
Qeyd edək ki, “Yuventus” – “Real” oyunu iyunun 3-də keçiriləcək.