İngiltərə Peşəkar Futbolçular Birliyi Premyer Liqada 2016-17 mövsümünün ən yaxşı futbolçusunun adını açıqlayıb.
Sportarena.az xəbər verir ki, azarkeşlər arasında aparılan səsverməyə əsasən “Tottenhem”in hücumçusu Harri Keyn (16378 səs) birinci olub.
“Çelsi”nin yarımmüdafiəçisi Nqolo Kante (13515 səs) 2-ci, Eder Azar isə 3-cü (8412) olub.
Qeyd edək ki, Harri Keyn bu mövsüm eyni zamanda, 29 qolla Premyer Liqanın bombardiri olub.