Ukrayna Premyer Liqasında 31-ci tura start verilib.
Sportarena.az xəbər verir ki, azərbaycanlı futbolçu Dmitri Nağıyevin şərəfini qoruduğu “Dnepr” bu turda səfərdə “Vorskla” ilə qarşılaşıb. Oyun meydan sahiblərinin 1:0 hesablı qələbəsiylə nəticələnib. Meydana start heyətində başlayan Dmitri, 82-ci dəqiqədə əvəzlənib.
Hazırda hesabında 22 xal olan Dnepropetrovsk təmsilçisi ikinci “altılıq”da sondan ikinci pillədə qərarlaşıb. “Dnepr”in hesabından 15 xal çıxılıb.