Tbilisidə təşkil edilən Nodar Axalkatsinin xatirəsinə həsr olunan turnirdə iştirak edən “Qarabağ”ın U-11 komandası ikinci görüşünü keçirib.
Sportarena.az xəbər verir ki, Ağdam klubu Tbilisi “Dinamo”sunun akademiyasının meydançalarında baş tutan oyunda "Olimpik”lə qarşılaşıb. “Qarabağ” ikinci matçında da qələbəyə sevinib - 3:1.
Birinci qrupda yarışan ağdamlılar növbəti matçında “Champion”la qarşılaşacaq. Yarış isə iyunun 2-nə qədər davam edəcək.