PSJ-nin futbolçusu Maksvell klub futbolunun tarixinə düşüb.
Sportarena.az xəbər verir ki, bu, PSJ-nin “Anje”ni Fransa kubokunun finalında məğlub etməsindən(1:0) sonra baş verib. Maksvell klub futbolunda ən çox titul qazanan futbolçu statusuna sahib çıxıb.
Fransa kuboku onun karyerasındakı 37-ci titulu olub. Braziliyalı futbolçu 15 titulu PSJ ilə qazanıb. O, “Barsa”da 10, “Ayaks”da 6, “İnter”də 5, “Kruzeyro”da isə 1 turnirin qalibi olub.
İndiyə qədər klub futbolunda ən titullu futbolçu misirli İbrahim Hassan idi - 36. Onun qardaşı Hossama Hasanın və Rayan Giqqzin 35 titulu var.