Reynaldo Silvanın yeni baş məşqçisi azərbaycanlı olacaq

10:35 29 May 2017

Azərbaycanlı məşqçi Asim İbrahimov Türkiyə Super Liqa təmsilçisi “Adanaspor”un idman direktoru təyin edilib. O, klubla 1 illik müqavilə bağlayıb.

 

Sportarena.az xəbər verir, İbrahimov idman direktoru təyin edilsə də, Adana təmsilçisində baş məşqçi funksiyasını yerinə yetirəcək. Belə ki, “Adanaspor”un artıq növbəti mövsümdən Türkiyə birinci liqasında çıxış edəcəyi dəqiqləşib. Türkiyə Futbol Federasiyasının əsasnaməsinə görə, bu liqada əcnəbi məşqçilərin çalışmasına icazə yoxdu. Məhz buna görə, İbrahimov Adana klubunda idman direktoru kimi işə götürülüb. Lakin o, burda baş məşqçi funskiyasını yerinə yetirəcək.

 

İbrahimov əvvəllər ölkəmizdə MOİK, “Qaradağ Lökbatan”, “İnter”, “Turan” və “Neftçi”də çalışıb. Onun son iş yeri Ukrayna 2-ci liqa təmsilçisi “Podolye” (Xmelnitski) olub. Mütəxəssis artıq 1 həftədi Adanadadı və komandanın məşqlərini izləyir. İbrahimov Türkiyə Super Liqasının “Başakşəhər” - “Adanaspor” oyununu (2:1) tribunadan izləyib. (komanda.az(

 

Qeyd edək ki, "Adanaspor"da azərbaycanlı azarkeşlərə yaxşı tanış olan və qış transfer pəncərəsi zamanı "Qarabağ"dan bu kluba transfer edilən Reynaldo Silva da çıxış edir.


Digər xəbərlər

Xəbər xətti