Slovakiya çempionu olan "Jilina" şənbə günü Fortuna Liqasının son turunda "Pozdbrezova" ilə matçdan sonra çempionluq kubokuna qovuşub.
Sportarena.az xəbər verir ki, millimizin üzvü Ramil Şeydayev və komanda yoldaşları çempionluğu təntənəli şəkildə qeyd ediblər. Onlar bu sevinci azarkeşlərlə bölüşməyi də unutmayıblar.
Qeyd edək ki, "Jilina" "Pozdbrezova" ilə matçda 4:0 hesablı qələbəyə sevinib. Qollardan ikisini müəllifi Ramil olub.