Çempionlar Liqasının qrup mərhələsinin iştirakçılarının tam siyahısı müəyyənləşib.
Sportarena.az xəbər verir ki, qitənin bir nömrəli klub turnirində 22 klub mübarizəyə birbaşa qrup mərhələsindən qoşulacaq. Qrup mərhələsində ən çox iştirakçı ilə İngiltərə təmsil olunacaq. "Mançester Yunayted"in Avropa Liqasından sonra Premyer Liqanın 4 təmsilçisinin bu mərhələdən başlayacağı dəqiqləşib. Mübarizəyə pley-off mərhələsindən başlayacaq "Liverpul" isə qrup mərhələsindəki 5-ci klub ola bilmək şansını salxayır.
Ölkəmizi Çempionlar Liqasında "Qarabağ" təmsil edəcək. Ağdam təmsilçisi mübarizəyə II təsnifat mərhələsindən start verəcək. Qurban Qurbanovun komandası qitənin ən nüfuzlu klub turnirində III təsnifat mərhələsinə vəsiqə qazanmağı bacarsa, səpələnmişlər sırasında yer alacaq. Hesabında 18,050 bal olan "Qarabağ"ın yüksək reytinqi ona bu yay nisbətən zəif rəqiblə düşməyə və nəticədə ilk dəfə pley-offa çıxmağa imkan verəcək. Bu isə münasib rəqiblə düşmək anlamına gəlir.
ÇL-in qrup mərhələsinə vəsiqə qazanan bütün klubların siyahısını təqdim edirik:
“Real”, “Barselona”, “Atletiko” (hamısı İspaniya), “Bavariya”, “Leyptsiq”, “Borussiya” (Dortmund) (hamısı Almaniya), “Çelsi”, “Tottenhem”, “Mançester Siti”, “Mançester Yunayted” (hamısı İngiltərə), “Yuventus”, “Roma” (hər ikisi İtaliya), “Benfika”, “Portu" (hər ikisi Portuqaliya), “Monako”, PSJ (hər ikisi Fransa), “Spartak” (Rusya), “Şaxtyor” (Ukrayna), “Anderlext” (Belçika), “Feyenoord” (Hollandiya), “Bazel” (İsviçrə)