Dünən Mirça Luçeskunu baş məşqçi postundan istefaya göndərən "Zenit" Roberto Mançini ilə anlaşmaq üzrədir.
Sportarena.az xəbər verir ki, 52 yaşlı mütəxəsisə 3 illik müqavilə təklif olunub. İtalyan çalışdırıcının həftə içi Moskvaya gəlib piterlilərlə müqavilə imzalaması gözlənilir.
Mançini heyətlə bağlı planlarını da rəhbərliyə təqdim edib. "Zenit"ə 2 mərkəz müdafiəçisi, 3 yarımmüdafiəçi və 2 hücumçunun transfer olunması mümkündür. Bir neçə futbolçu isə başqa klublara icarəyə verilə bilər. Mançini yalnız qapıçılardan razıdır və bu mövqeyi möhkəmləndirməyə ehtiyac görmür.