“Milan” ilk transferini reallaşdırdığı barədə məlumat vermişdik.
Sportarena.az xəbər verir ki, “rossonyerlər” bir neçə gün öncə “Vilyarreal”dan heyətinə qatdığı Mateo Musakkioynu ictimaiyyətə təqdim edib.
26 yaşlı müdafiəçinin keçidi üçün "qırmızı-qaralar" İspaniya təmsilçisinə 18 milyon avro ödəyib. Mussakio "Milan"la 2021-ci ilə qədər müqavilə imzalayıb. Argentinalı futbolçunun “Milan”da illik məvacibi 2,5 milyon avro olacaq.