"Neftçi"də növbəti təyinat

15:57 30 May 2017

"Neftçi"də fəaliyyət göstərəcək daha bir şəxsin adına aydınlıq gəlib.

 

Sportarena.az xəbər verir ki, Uzun müddətdi AZAL-da mətbuat xidmətinin rəhbəri və menecer kimi fəaliyyət göstərən Eldəniz Yusifov bundan sonra "ağ-qaralar"ın aşağı yaş qrupları üzrə əlaqələndiricisi vəzifəsində çalışacaq. O, iyunun 1-dən etibarən yeni klubunda işə çıxacaq.

 

Qeyd edək ki, bir müddət əvvəl "Neftçi" Yusifova mətbuat xidmətinin rəhbəri postunu təklif etsə də, o, buna razı olmamışdı. Onun imtinasından sonra bu posta Rüstəm Əfsərli təyin edilib.


Digər xəbərlər

Xəbər xətti