"Başakşəhər"in futbolçusu Cengiz Ünder karyerasını İngiltərədə davam etdirməyə yaxındır.
Sportarena.az xəbər verir ki, futbolçu "Tottenhem"in hədəfindədi. Klublar arasında ilkin razılıq əldə olunub. London təmsilçisi futbolçunun transferi üçün Türkiyə klubuna 9 milyon avro ödəyəcək.
Qeyd edək ki, Türkiyə millisinin də üzvü olan Cengiz "Başakşəhər"ə mövsümün əvvəlində "Altınordu"dan 700 min avroya transfer olunub.