Klublardan təklif: ÇL-in oyunları həftə sonu keçirilsin

18:44 30 May 2017

Çempionlar Liqasında 1/4 final və yarımfinal oyunları şənbə və bazar günləri keçirilə bilər.

 

Sportarena.az xəbər verir ki, bu ideyanın təşəbbüskarları "Real" və "Barselona"və "Yuventus" klublarıdır. Əsas məqsəd Amerika və Asiya qitələrində televiziya yayımlarından gəlirlərin artırılmasıdır. Dəyişikliklər 2021-ci ildən qüvvəyə minə bilər.

 

Qeyd edək ki, 2009-2010 mövsümündən Çempionlar Liqasının final matçı şənbə günləri keçirilir. Bu mövsüm həlledici qarşılaşma iyunun 3-də Uelsin paytaxtı Kardiffdəki "Millenium" stadionunda "Yuventus"la "Real Madrid" arasında olacaq


Digər xəbərlər

Xəbər xətti