Millimiz qələbə ilə başladı

23:44 30 May 2017

Bu gün qadın voleybolçular arasında DÇ-2018-in Bakıda keçirilən E qrupunun seçmə oyunlarına start verilib.


Sportarena.az xəbər verir ki, millimiz Bakı İdman Oyunları Sarayında Norveçlə qarşılaşıb. Rəqibindən tam üstün olan voleybolçularımız 3:0 hesabı ilə qalib gəlib. Digər görüşdə isə Hollandiya Danimarkadan üstün olub – 3:0.



Qeyd edək ki, Faiq Qarayevin rəhbərlik etdiyi komandamız qrupda birinci olsa, dünya çempionatına birbaşa vəsiqə qazanacaq.
 

E qrupu

Danimarka -- Hollandiya 0:3 (12:25, 13:25, 9:25)
Azərbaycan - Norveç 3:0 (25:15, 25:10, 25:6)


Digər xəbərlər

Xəbər xətti