Bazar günü futbolçu karyerasını başa vurduğunu bəyan edən Françesko Totti fikrini dəyişib.
Sportarena.az xəbər verir ki, “Football İtalia”ya danışan 40 yaşlı hücumçu daha bir il futbol oynayacağını deyib:
“Mən futbolçu karyeramı dava edəcəm. Harda çıxış edəcəyimi bilmirəm, amma daha bir il oynayacam”.
Qeyd edək ki, “Roma”nın kapitanı mayın 28-də komandasında son oyununu keçirib.