Azərbaycanlı futbolçu vəfat etdi - Çay içdiyi yerdə - FOTO

10:28 31 May 2017

Dünən axsam saatlarında azərbaycanlı futbolçu dünyasını dəyişib.

 

Sportarena.az xəbər verir ki, uzun illər "Göyəzən"in formasını geyinmiş Qoşqar Sarıyev ürəktutmasından həyatını itirib. 1979-cu il təvəllüdlü keçmiş oyunçu Qazaxda, dəvət aldığı məclislərin birində infarkt keçirib. Redaksiyamıza verilən informasiyaya görə, çay içdiyi yerdə qəfildən Sarıyevin halı pisləşib və yerə yıxılıb.

 

Yaxınlıqdakılar ilkin tibbi yardım göstərməyə çalışsa da, onu ölümün pəncəsindən almaq mümkün olmayıb. (Sportinfo)

 

Allah rəhmət eləsin!

 

 

(Qoşqar Sarıyev – əyləşənlər sırasında soldan birinci)


Digər xəbərlər

Xəbər xətti