“Qəbələ”nin sabiq braziliyalı yarımmüdafiəçisi Dodo vətənində verdiyi müsahibədə Azərbaycandakı günlərini xatırlayıb.
Sportarena.az xəbər verir ki, o, millimizdə çıxış etmək üzrə olduğunu, lakin həmin ərəfədə komandadan ayrıldığını bildirib:
“Mən 5 il idi ki Azərbaycanda idim. Düşünürdüm ki, artıq bu ölkənin milli komandasında çıxış edəcəm. Bu mənim üçün yuxu kimi idi, arzum idi. İnsanlar da tez-tez soruşurdu ki, millimiz üçün oynamağa hazırsan? Amma sonra oradan ayrıldım və Yunanıstana gəldim”.