Bu gün Türkiyə kubokun qalibi müəyyənləşəcək.
Sportarena.az xəbər verir ki, həlledici görüşdə "Konyaspor"la "Başakşəhər" münasibətlərinə aydınlıq gətirəcək. Superliqada çempionluq yarışında sona 1 tur qalmış məğlub olaraq ikinciliyi təmin edən "narıncı-qaralar" uğurlu keçirdikləri mövsümü titulsuz başa vurmaq istəmirlər.
"Ağ-yaşıllar" da ardıcıl ikinci il Avropa Liqasında iştirakçı olmaq arzusundadır. Belə ki, Superliqadan Avroliqaya vəsiqə qazanmaq şansını itirən Konya təmsilçisi kuboku qazanmaqla bu uğura nail olmaq istəyirlər.
Qeyd edək ki, final matçı Əskişəhərdə - "Yeni Əskişəhər" stadionunda saat 22:30-da keçiriləcək.
Türkiyə kuboku, final
31 may
22:30 Konyaspor - Başakşəhər 0:0 (4:1 pen)