“Zirə” heyətini daha bir futbolçu ilə gücləndirib.
Sportarena.az klubun saytına istinadən xəbər verir ki, Bakı təmsilçisi yarımmüdafiəçi Orxan Əliyevi transfer edib. Gənc futbolçu ilə 1 illik müqavilə imzalanıb.
Qeyd edək ki, O. Əliyev “Sumqayıt”, “Xəzər Lənkəran” və “Kəpəz” də çıxış edib.