Naxçıvanda təyyarədə problem yarandı, hakimlər 7 saat gözləməli oldu

13:44 1 İyun 2017

Heydər Əliyev Kuboku uğrunda yarışı idarə edən azərbaycanlı hakimlər dünən Naxçıvandan Bakıya dönüş zamanı problemlə üzləşiblər.

 

Sportarena.az xəbər verir ki, havaya qalxmaq üzrə olan təyyarə dərhal boşaldılıb. Bakıya qayıdan ədalət təmsilçiləri və “Səbail” klubunun baş məşqçisi Samir Əliyev 7 saata yaxın vaxt hava limanında gözləyib. Bildirilir ki, uçuş zolağında olan təyyarədə texniki nasazlıq aşkarlanıb. .

 

Onlar axşam saatlarında Bakıya çatmağa müvəffəq olublar. (Futbol11.az)


Digər xəbərlər

Xəbər xətti