Ölkəmizi avrokuboklarda təmsil edəcək "İnter"in yay hazırlıq proqramında dəyişiklik edilib.
Sportarena.az xəbər verir ki, klubun öncə Avstriyada təlim-məşq toplanışı keçməsi nəzərdə tutulsa da bu toplanış ləğv olunub. Buna səbəb maliyyə məsələsidir.
Çünki Avstriyada toplanış baha başa gəlir və AFFA bu qədər xərci çəkmək istəmir. Ona görə də Avstriya Türkiyə ilə əvəzlənib. Yəni "İnter" yay toplanışını Türkiyənin Bolu şəhərində keçəcək. (rekord.az)