Azərbaycanlı iş adamı "Spartak" barədə danışdı - AÇIQLAMA

16:18 1 İyun 2017

“Lukoil” şirkətinin rəhbəri, azərbaycanlı iş adamı Vahid Ələkbərov sahibi olduğu “Spartak”ın (Moskva) büdcəsindən danışıb.

 

Sportarena.az xəbər verir ki, o, bu kluba şirkəti tərəfindən ayrılan maliyyənin artırılmayacağını bildirib: 

 

“Spartak”ın maliyyəsini artırmayacağıq. Baxmayaraq ki, onlar Çempionlar Liqasına vəsiqə qazanıb və Rusiya çempionu olub. Moskva klubu bir nömrəli klub turnirində yaxşı çıxış etsə, pul qazana bilər. Komanda mütləq qazanmalıdır, gəlir götürməlidir. Biz maliyyəni azaltmayacağıq da, artırmayacağıq da və baş sponsor kimi qalacağıq”. 


Digər xəbərlər

Xəbər xətti