Gökhan Törə "Beşiktaş"a lazım deyil?

16:46 1 İyun 2017

“Vest Hem”in icarə müddətini uzatmaqdan imtina etdiyi Gökhan Törə müqaviləylə bağlı olduğu “Beşiktaş”a da lazım deyil.

 

Sportarena.az xəbər verir ki, bu barədə məlumatı Türkiyə mətbuatı yayıb. Xəbərdə “qartallar”ın baş məşqçisi Şenol Günəşin Gökhanı növbəti mövsümdə komandada görmədiyi, onun yenidən icarəyə verilməsini istədiyi qeyd edilib.

 

Törənin xidmətində bir neçə Super Liqa klubu maraqlı olsa da, Türkiyə millisinin üzvünün yenidən Premyer Liqada çıxış etmək istədiyi deyilir.


Digər xəbərlər

Xəbər xətti