Salah Premyer Liqaya qayıtmaq istəyir - "Roma" imkan vermir

17:38 1 İyun 2017

"Roma"nın yarımmüdafiəçisi Məhəmməd Salah "Liverpul"un maraq dairəsinə düşüb.

 

Sportarena.az xəbər verir ki, misirli futbolçunun Premyer Liqaya qayıtmaq istədiyi deyilir. 24 yaşlı havbek hazırda İngiltərədədir. "Roma" isə "mersesaydlılar"ın 34 milyon avroluq təklifini artıq rədd edib.

 

Ötən mövsüm A Seriyasında 31 oyuna çıxan futbolçu 15 qol vurub, 11 dəfə də komanda yoldaşlarının fərqlənməsinə imkan yaradıb.


Digər xəbərlər

Xəbər xətti