Xorxe Sampaoli rəsmən Argentina millisinin baş məşqçisi təyin olunub.
Sportarena.az xəbər verir ki, 57 yaşlı mütəxəsis 5 illik müqaviləyə imza atıb. Təcrübəli məşqçinin yeni işində qarşısına qoyulan tapşırıq asan deyil. O, 2018 DÇ seçmə mərhələsində qeyri-stabil çıxış edən Argentina millisini mundiala çıxarmalıdır.
Qeyd edək ki, Argentina Futbol Federasiyası Sampaolini milliyə baş məşqçi gətirmək üçün müqaviləsi olduğu "Sevilya"ya 2 milyon avro ödəməli olub