“Real”ın baş məşqçisi Zinəddin Zidan “Yuventus”la Çempionlar Liqasının final oyunundan əvvəl futbolçularının motivasiyasına da diqqət ayırır.
Sportarena.az xəbər verir ki, Zidan bunun üçün xüsusi üsuldan yararlanır. O, futbolçuları “300 spartalı” filminə baxmağa məcbur edir. Zidan istəyir ki, onun da futbolçularında spartalı çar Leonidosun və döyüşçülərinin əzmi və ruhu olsun. O, hesab edir ki, uzun-uzadı nitqdənsə, belə üsul futbolçuları daha yaxşı motivasiya edə bilər.
Qeyd edək ki, “Yuventus” - “Real” oyunu iyunun 3-də, Bakı vaxtıyla saat 22:45-də başlayacaq.