"Fənərbaxça"nın yeni baş məşqçisi müəyyənləşib.
Sportarena.az xəbər verir ki, İstanbul klubuna Aykut Kocaman başçılıq edəcək. Bu barədə o, özü açıqlama verib:
"Fənərbaxça"da yarımçıq qalmış işlərim var. Onları həll etməyə gəlirəm. Rəsmi açıqlama "Qalatasaray"la keçirəcəyimiz oyundan sonra veriləcək".
Qeyd edək ki, Aykut Kocaman 2010-2013-cü illərdə "Fənərbaxça"nın baş məşqçisi olub. İstanbul klubu onun rəhbərliyi altında Türkiyə çempionluğunu (2011), iki dəfə ölkə kubokunu (2012, 2013) qazanıb və Avropa Liqasında yarımfinala yüksəlib (2013).