"Yuventus"un baş məşqçisi Massimiliano Alleqri Çempionlar Liqasının finalı çərçivəsində baş tutacaq "Real"la oyun öncəsi mətbuat konfrasında iştirak edib.
Sportarena.az xəbər verir ki, O, mövsümdə üçüncü titulu qazanmaq istədiklərini bildirib:
"Sakit oynayacağıq. Mövsüm ərzində finala çıxmaq üçün çalışdıq. "Real"la oyun çətin olacaq. Çünki onlar turnirin sonuncu qalibidirlər. Matç 90 və ya 120 dəqiqə davam edə bilər. 3-4 aydır ki, yeni taktiki sxem yoxlayırıq. Oyun gedişatına uyğun olaraq əvəzetmələr edəcəm".
A seriyasını, İtaliya kubokunu qazandıq. Bu, bizim üçün final öncəsi bir məşq oldu. Həlledici matçda udmalıyıq. Bunu bacara bilərik. Amma əsas sakit olmalıyıq. Öz gücümüzə inanmalıyıq".