Kişi boksçulardan ibarət Azərbaycan milli komandasının iyunun 16-da Ukraynanın Xarkov şəhərində start götürəcək Avropa çempionatı üçün heyəti müəyyənləşib.
Sportarena.az xəbər verir ki, 9 gün davam edəcək yarışda ölkəmiz tam heyətlə təmsil olunacaq. Baş məşqçi Leonid Loivskinin rəhbərlik etdiyi məşqçilər korpusu qitə çempionatında 10 boksçuya şans verəcək.
Komandamızın heyəti aşağıdakı kimidir:
49 kq. Məsud Yusifzadə
52 kq. Elvin Məmişzadə
56 kq. Tayfur Əliyev
60 kq. Cavid Çələbiyev
64 kq. Lorenzo Sotomayor
69 kq. Pərviz Bağırov
75 kq. Kamran Şahsuvarlı
81 kq. Eldar Quliyev
91 kq. Abdulqadir Abdullayev
+91 kq. Məhəmmədrəsul Məcidov