Rusiya Premyer Liqasında çıxış edən “Anji” qış fasiləsində "Spartak"dan icarəyə götürdüyü Ayaz Quliyevi komandada saxlamaq istəyir.
Sportarena.az xəbər verir ki, əslən azərbaycanlı olan futbolçunun icarə müddəti bitib. Mahaçqala klubu isə onun xidmətində maraqlıdır. Hazırda keçidlə bağlı klublar arasında danışıqlar gedir. Bu barədə "Anji"nin rəsmi saytı məlumat yayıb.
Qeyd edək ki, qış transfer pəncərəsi zamanı "Spartak"dan icarəyə götürülən Quliyev "Anji"nin heyətində 12 oyun keçirib.