Fişəngi bomba sandılar - ÇL-in finalı izləyənlərdən 1000 nəfər yaralandı - FOTOLAR

16:12 4 İyun 2017

İtaliyanın Turin Çempionlar Liqasının finalını izləmək üçün böyük ekran qoyulan meydanda izdiham yaşanıb.

 

Sportarena.az xəbər verir ki, azarkeşlərdən birinin atdığı fişəngi bomba zənn edən izləyicilər qaçmağa başlayıb. Bu zaman izdiham yaranıb. Məlumata görə, 1000-ə yaxın insan xəsarət alıb.

 

Şahidlərin ifadələrinə görə, yaralananların əksəriyyəti yerdəki şüşə qırıqlarının üzərinə düşərək xəsarət alıblar.

 

 

 

 

 


Digər xəbərlər

Xəbər xətti