Türkiyə Super Liqasına vəsiqə qazanan son komanda bəlli olub.
Sportarena.az xəbər verir ki, Antalyada keçirilən pley-off oyununda “Göztəpə” və “Əskişəhərspor” üz-üzə gəlib. Oyunun əsas və əlavə vaxtı 1:1 hesabı ilə başa çatıb. Super Liqaya son vəsiqənin taleyinə penaltilər seriyasında aydınlıq gəlib. Burda daha dəqiq oynayan (3:2) “Göztəpə” yüksək liqaya vəsiqə qazanıb. Bununla da, İzmiri təmsil edən komanda 14 illik fasilədən sonra Super Liqaya qayıdıb.
Qeyd edək ki, daha öncə “Sivasspor” və “Yeni Malatyaspor” Super Liqaya vəsiqə qazanmışdı.