Almeyda Şimali İrlandiyaya qarşı oynayacaq? - Prosineçki açıqladı

11:22 5 İyun 2017

“Almeydanın Şimali İrlandiya ilə oyuna əsas heyətdə başlayıb-başlamayacağına qərar vermək üçün bir qədər gözləməliyəm”.

 

Sportarena.az xəbər verir ki, bu sözləri apasport.az-a açıqlamasında Azərbaycan millisinin baş məşqçisi Robert Prosineçki deyib. DÇ-2018-in seçmə qrup mərhələsi çərçivəsində Şimali İrlandiyanı qəbul edəcək yığmamız bu gündən Bakıda məşqlərini bərpa edib. Milliyə dəvət edilən “Qarabağ”ın yarımmüdafiəçisi Riçard Almeyda iyunun 10-da komandamızın heyətində debüt edə bilər. Prosineçki Braziliya əsilli futbolçunun yığmamıza xeyir verəcəyini düşünür:

 

“Onu deyə bilərəm ki, məşqlərdə özünü yaxşı tərəfdən göstərdi. Riçard peşəkar, öz üzərində çalışan, yaxşı futbolçudu. Artıq 5 ildi Azərbaycandadı. Oyunçuların hamısını tanıyır, özünü azərbaycanlı kimi hiss edir. Ölkəyə tam uyğunlaşıb. İnsan kimi də gözəl insandı. Çox maraqlı futbolçudu. Mənə elə gəlir ki, Azərbaycan millisinə xeyri dəyəcək”. 


Digər xəbərlər

Xəbər xətti