UEFA 21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsi çərçivəsində keçiriləcək Belarus - San Marino oyununu azərbaycanlı hakimlər briqadasına həvalə edib.
Sportarena.az xəbər verir ki, matçın baş hakimi Ömər Paşayev olacaq. Ona Namiq Hüseynov və Mübariz Haşımov kömək edəcəklər. Qarşılaşmada 4-cü hakim funksiyasını Rəhim Həsənov yerinə yetirəcək.
Qarşılaşma iyunun 7-də, Minsk şəhərində keçiriləcək.