Türkiyə Superkubokunun qalibi Bakıda müəyyənləşəcək? - Fikrət Ormandan AÇIQLAMA

16:56 5 İyun 2017

Türkiyə superkubokunun oyunu Bakıda keçiriə bilər.

 

Sportarena.az xəbər verir ki, bu haqda “Beşiktaş”ın prezidenti Fikrət Orman məlumat verib. Superkubok matçı çempion “Beşiktaş”la kubokun qalibi “Konyaspor” arasında avqustun 6-da təşkil ediləcək. Ölkəsinin mediasına açıqlamasında o, kuboku qazanmaları münasibəti ilə “Konyaspor”un prezidenti Əhməd Şanı telefonla təbrik etdiyini bildirib:

 

"Bu zaman o mənə dedi ki, superkubok oyununun Bakıda keçiriləcəyindən xəbərin varmı? Xəbərim yoxdu, söylədim. Orda keçirilərsə, yaxşı olar. Azərbaycanda oynamaq istərik”


Digər xəbərlər

Xəbər xətti