Arda təyyarədə jurnalistə hücum etdi

11:05 6 İyun 2017

Türkiyə millisinin ulduz futbolçusu Arda Turan jurnalist Bilal Meşeye hücum çəkib.

 

Sportarena.az xəbər verir ki, İtaliyaya gedən milli komandanın təyyarəsində Meşenin 2016-cı ildə AÇ-2016-dan sonra dərc edilən Arda haqqında mükafat yazısı xatırlanıb və yarımmüdafiəçi bundan əsəbiləşib. 

 

Nəticədə “Barselona”nın oyunçusu jurnalistin boğazından yapışaraq onu döymək istəyib. O, çətinliklə sakitləşdirilsə də, millinin baş məşqçisi Fatih Terim hadisəyə biganə qalıb. 


Digər xəbərlər

Xəbər xətti