DÇ-2018-in seçmə mərhələsi çərçivəsidə keçiriləcək Azərbaycan – Şimali İrlandiya oyununu idarə edəcək hakimlərin adına aydınlıq gəlib.
Sportarena.az xəbər verir ki, qarşılaşmanı ispaniyalı hakimlər briqadası idarə edəcək. Oyunda əsas söz sahibi Xavyer Estrada olacaq. Ona Migel Martines və Teador Sabrino kömək edəcək. 4-cü hakim funksiyasını isə Aleksandro Ernandes yerinə yetirəcək.
Qeyd edək ki, Şimali İrlandiya - Azərbaycan oyunu iyunun 10-u, saat 20:00-da Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək.