50 illik yubileyinə hazırlaşan "Trabzonspor" iddialı heyət qurmağı planlaşdırır.
Sportarena.az xəbər verir ki, Qara dəniz klubunun transfer siyahısındakı ilk futbolçunun Vaqner Lav olduğu bildirilir. Başa çatan mövsümdə "Alanyaspor"un heyətində özündən söz etdirən braziliyalı üçün artıq danışıqlar başlayıb. "Alanyaspor"da illik 1,5 milyon avro qazanan "sambaçı"ya ikiqat artıq maaş təklif edilir. Onun özünündə iddialı komandaya keçmək istədiyi bildirilir.
Qeyd edək ki, "Alanyaspor" Vaqner Lavı ötən yay "Monako"dan 500 min avroya alıb. Hazırda "Transfermarkt"ın 2,5 milyon avro qiymət qoyduğu 32 yaşlı forvard 28 oyunda 23 qol vuraraq Super Liqanın bombardiri olub.