"Xəzər Lənkəran"ın keçmiş baş məşqçisi işsiz qaldı

23:44 6 İyun 2017

Türkiyənin Birinci liqasında çıxış edən "Əskişəhərspor" baş məşqçisi Mustafa Dənizli ilə yolları ayırıb.


Sportarena.az xəbər verir ki, 67 yaşlı mütəxəssis  Superliqaya vəsiqə uğrunda "Göztəpə”yə uduzduqları oyundan sonra Əskişəhərə qayıtmayıb. Klub isə müqaviləsi başa çatan Dənizli ilə əməkdaşlığa son qoyub.


Qeyd edək ki, 2013-14 mövsümündə "Xəzər Lənkəran"ın baş məşqçisi olmuş türkiyəli mütəxəssis bu ilin fevral ayından “Əskişəhərspor”u çalışdırırdı.


Digər xəbərlər

Xəbər xətti