Rusiya Premyer Liqasında çıxış edən “Terek” klubunun adı dəyişdiriləcək.
Sportal.az xəbər verir ki, bu barədə məlumatı klubun direktoru Əhməd Aydəmirov verib. Qroznı təmsilçisinin adı bundan sonra “Əhməd” adlanacaq. Bu ad Çeçenistanın sabiq rəhbəri Əhməd Kadırovun şərəfinə belə adlandırılacaq. Klubun yeni loqosu da təqdim edilib.
Qeyd edək ki, Əhməd Kadırov Çeçenistanın hazırkı prezidenti Ramzan Kadırovun atasıdı.