“Fənərbaxça” ikinci transferini həll edib.
Sportarena.az xəbər verir ki, İstanbul təmsilçisi “Lion”un yarımmüdafiəçisi Matye Valbuenanın transferini həll edib. Valbuena icarə əsasında 1 il “Fənərbaxça”da çıxış edəcək. Futbolçu iyunun 9-da İstanbula gələrək tibbi müayinədən keçəcək.
Qeyd edək ki, "Fənərbaxça" daha öncə "Trabzonspor"dan Mehmet Ekicini də transfer edib.