Aykut Kocamanla yollarını ayıran "Konyaspor”un yeni baş məşqçisinin adı bəlli olub.
Sportarena.az xəbər verir ki, "ağ-yaşıllar" Mustafa Rəşit Akçayla anlaşıb. 58 yaşlı mütəxəssislə 3 illik müqavilə bağlanıb. Akçayın son iş yeri “Osmanlıspor” olub.
Qeyd edək ki, Türkiyə mətbuatı “Konyaspor”un millimizin baş məşqçisi Robert Prosineçki ilə maraqlandığını yazmışdı.