"Neftçi"nin baş məşqçisi Elxan Abdulllayevin həm də millidə Prosineçkinin köməkçisi kimi çalışması xeyli söz-söhbətə səbəb olur.
Sportarena.az xəbər verir ki, Abdullayevin millinin düşərgəsində olarkən "Neftçi"nin məşqlərinə nəzarət edə bilməməsi dəfələrlə öz təsirini göstərib. Artıq bu acı gerçəklik klubun idarəedilməsinə bir başa nəzarət edən AFFA rəhbərliyi tərəfindən də qəbul olunub.
Tezliklə Elxan Abdullayev vəzifələrindən birini itirməli olacaq. Sport7.az-ın əldə etdiyi məlumata görə, millimizin Şimali İrlandiya ilə oyunundan sonra Elxan Abdullayev istefaya göndəriləcək və bundan sonra yalnız "Neftçi"də çalışacaq. Onun yerinə kimin gətirilməsi ilə bağlı AFFA-da müzakirələr davam edir.