"Sumqayıt"da seleksiya xarakterli toplanış

15:30 8 İyun 2017

"Sumqayıt" Futbol Klubunun akademiyası növbəti futbol mövsümü üçün seleksiya xarakterli təlim-məşq toplanışlarına start verib.

 

Sportarena.az xəbər verir ki, 6-12 yaş futbolçular arasında keçirilən seçimdə təxminən 100-ə yaxın futbolçu iştirak edib. Seleksiya prosesi hələ bir müddət davam edəcək.

 

Seçimlərə qatılmaq istəyənlər həftənin cümə günü saat 17:00-dan etibarən Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionuna təşrif buyura bilər.


Digər xəbərlər

Xəbər xətti