Olimpiya stadionu Sadıq Sadıqova verildi

15:56 8 İyun 2017

Bakı Olimpiya Stadionunun (BOS) nizamnamə kapitalı 590 milyon manat azaldıldığı barədə məlumat vermişdik.

 

Sportarena.az xəbər verir ki, BOS-un maliyyə dirketoru Azər Əliyev “Futbol+” qəzetinə verdiyi açıqlamada bunu təsdiqləyib. Ancaq Azər bəy maliyyə kapitalının hansı səbəblərdən azaldıldığı barədə konkret fikir söyləməyib.

 

O, bildirib ki, 590 milyon manat SOCAR prezidenti Rövnəq Abdullayevin sərəncamı ilə ictimai birliyin nizamnamə fonduna ötürülüb. Bununla da SOCAR-ın nəzdində olan bütün idman obyektləri “Neftçi” İdman Klubu İctimai Birliyindən idarə olunacaq.

 

“Neftçi” İdman Klubu İctimai Birliyinin sədri Sadıq Sadıqovdu. “Neftçi” futbol klubunun sabiq prezidenti Sadıq Sadıqov Rövnəq Abdullayevin sevimli kadrıdı. O, hazırda həm də Cüdo Federasiyasında vitse-prezident kimi fəaliyyət göstərir.


Digər xəbərlər

Xəbər xətti