Ukrayna - Malta oyunu (0:1) FİFA-nın rəsmi qarşılaşmalar siyahısından çıxarılıb.
Sportarena.az xəbər verir ki, buna səbəb oyun zamanı qaydalara əməl edilməməsi olub. Belə ki, oyun zamanı 10 əvəzetmədən istifadə edilib. FİFA-nın qaydalarına görə isə rəsmi oyunlar siyahısına daxil edilən qarşılaşmalar zamanı 6 əvəzetmə reallaşdırmaq mümkündü.
Qayda pozuntusunu nəzərə alan FİFA bu oyunu rəsmi qarşılaşmalar siyahısından çıxarıb. Oyunun nəticəsi FİFA-nın reytinq siyahısında da nəzərə alınmayacaq.