İngiltərənin "Lester" klubu baş məşqçisi Kreyq Şekspirlə yeni müqavilə imzalayıb.
Sportarena.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. Bildirilir ki, baş məşqçi ilə 3 illik yeni müqavilə imzalanıb.
Qeyd edək ki, Şekspir Klaudio Ranyerinin istefasından sonra baş məşqçi səlahiyyətlərini müvəqqəti yerinə yetirirdi. Mart ayından isə o, klubun baş məşqçisi təyin edilib.