"Qəbələ"nin sabiq futbolçusu erməni klubuna keçdi

13:20 9 İyun 2017

Erməni lobbisinin Moskvada yaratdığı "Ararat" növbəti transferini edib.

 

Sportarena.az xəbər verir ki, 2017-ci ilin martında Rusiya Futbol İttifaqında qeydiyyatdan keçən, 3-cü divizionun Moskva zonası üzrə birinciliyində mübarizə aparan Rusiya təmsilçisi Marat İzmaylovu heyətə qatıb. Bu barədə klubunun rəsmi saytı məlumat yayıb. 

 

Qeyd edək ki, Rusiya millisinin sabiq yarımmüdafiəçisi İzmaylov Yuri Syominin baş məşqçi olduğu dönəmdə "Qəbələ"də oynayıb.

 

Əlavə edək ki, "Ararat" daha öncə Roman Pavlyuçenkonu heyətinə qatmışdı.


Digər xəbərlər

Xəbər xətti